Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb - VİDEO

Texnologiya 21 Yanvar 2019 07:47 Oxunub 2521
Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoldan istifadə pulsuzdur

Honkonqun mərkəzində tikintisi 4,6 milyad dollara başa gələn avtomobil tunelinin açılışı olub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tikinti işləri 10 il davam edib.

Yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var.

Layihənin əsas məqsədi yollardakı sıxlığı azaltmaqdır. KİV-in məlumatına görə, əvvəllər Honkonqa maşınla getmək yarımsaata başa gəlirdisə, indi bu rəqəm 5 dəqiqəyə enib. Yoldan istifadə pulsuzdur.

Bundan əlavə, tuneldə havatəmizləyici sistem var. O, hər saat 5,4 milyon kubmetrə qədər havanı süzgəcdən keçirir və zərərli maddələrin 80 faizini kənarlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh