Avtomobil piyadanı vurub - Salyanda

Qəzalar 21 Yanvar 2019 09:46 Oxunub 1034
Avtomobil piyadanı vurub - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Xəlilov Bəxtiyar Ağamalı oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh