Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək

Gündəm 21 Yanvar 2019 09:55 Oxunub 816
Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İclas zamanı müqavilə təsdiq olunub

Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.

İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub.

Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.

Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh