Şumaherin oğlu "Ferrari" komandasının üzvü olub

Yarışma 21 Yanvar 2019 10:03 Oxunub 1595
Şumaherin oğlu "Ferrari" komandasının üzvü olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mən insani baxımdan da bu fürsətdən məmnunam"

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaherin oğlu Mik Şumaher "Ferrari" yarış akademiyasının üzvü olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb.

"Aydın məsələdir ki, "Ferrari" mənim doğulduğum andan mənim və ailəmin qəlbində xüsusi yer tutub. Ona görə, mən insani baxımdan da bu fürsətdən məmnunam", - deyə Şumaher bildirib.

On doqquz yaşlı alman 2018-ci ildə "Formula-3" Avropa çempionatının qalibi olaraq karyerasında ilk avtoidman titulunu qazanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh