Ötən iki gündə baş verən yol qəzalarında – 2 ölü, 12 yaralı

Gündəm 21 Yanvar 2019 10:22 Oxunub 1001
Ötən iki gündə baş verən yol qəzalarında – 2 ölü, 12 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən verilən məlumata görə, yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh