Polis reyd zamanı avtomobillə vuruldu: qaçan sürücüyə 6 min cəza kəsilib - VİDEO

Avtosfer TV 21 Yanvar 2019 10:35 Oxunub 1289
Polis reyd zamanı avtomobillə vuruldu: qaçan sürücüyə 6 min cəza kəsilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan polisin sağ ayağı qırılıb

“Dayan” əmrinə məhəl qoymayan sürücü avtomobili ilə polis məmurunu vuraraq qaçıb.

Avtosfer.az hurriyyet.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Dənizli əyalətində baş verib. Belə ki, sərxoş sürücülərə qarşı reyd aparan yol polis əməkdaşı Aşkın Ərdoğan 20 ABF 711 qeydiyyat nişanlı avtomobili “dayan” əmri verib. Lakin, sürücü maşını saxlamayaraq onu vuraraq qaçıb.

Xəsarət alan polis hadisə yerinə gələn 112 Təcili Tibbi əməkdaşları tərəfindən Dənizli Dövlət Xəstəxanasına aparılıb.

Onun sağ ayağının qırıldığı və həyatı təhlükəsinin olmadığı bildirilib.

Qaçan sürücü müəyyən edilərək evinin qarşısında yaxalanıb.

Yoxlama zamanı onun sərxoş olduğu məlum olub.

Həbs olunan sürücü 6 min lirə cərimə edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh