Babək prospektində yol çökdü - 1 ay əvvəl təmir olunmuşdu - FOTO-VİDEO

Gündəm 21 Yanvar 2019 10:59 Oxunub 1817
Babək prospektində yol çökdü - 1 ay əvvəl təmir olunmuşdu - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur”

Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü 100 metr məsafədə çöküb. Avtosfer.az-ın məlumatına görə, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb. “Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

 






 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh