Avtobus 68 yaşlı qadını xəstəxanalıq etdi

Qəzalar 21 Yanvar 2019 11:16 Oxunub 1102
Avtobus 68 yaşlı qadını xəstəxanalıq etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilir"

Bakıda avtobus 68 yaşlı qadın piyadanı vurub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gün Qara Qarayev prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, 15 nömrəli sərnişin avtobusu yaşlı qadını vuraraq təkərin altına atıb. Nəticədə yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, 1950-ci il təvllüdlü Ağalarova Afərim Kamran qızı ötən gün saat 12 radələrində xəstəxanaya yerləşdirilib: "Sağ baldırının sınması, böyük ölçüdə zədələnərək soyulması xəsarətləri ilə gətirilib. Hazırda onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh