Avtobus 130 metr hündürlükdən yarğana düşdü: 13 ölü, 20 yaralı

Qəzalar 21 Yanvar 2019 11:31 Oxunub 998
Avtobus 130 metr hündürlükdən yarğana düşdü: 13 ölü, 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralananlar arasında 6 futbolçu var

Boliviyada içərisində Argentinanın “Sikles Klub Lavalye” həvəskar futbol komandasının oyunçularının da yer aldığı avtobus qəzaya uğrayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avtobus 130 metr hündürlükdən yarğana düşüb. Hadisəyə səbəb nəqliyyat vasitəsinin əyləc sisteminin sıradan çıxması olub. Qəza nəticəsində 4-ü futbolçu olmaqla, 13 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb. Yaralananlar arasında 6 futbolçu var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh