Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı - FOTO

Gündəm 21 Yanvar 2019 11:38 Oxunub 1113
Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı avtomobilin izlərini gələcək nəsillər üçün saxlayır

1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı 20 Yanvar faciəsinin izlərini gələcək nəsillər üçün saxlayır.

İnterpress.az xəbər verir ki, 60 yaşlı Nazim Ələkbərov həmin günü sovet ordusuna qarşı sinə gərən azərbaycanlılara yemək, odun kimi materiallar daşıdığını bildirib.

O, 20 Yanvarın ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayıb:

“Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım. Mənim avtomobilimi əzən tank daha sonra yaxınlığımızdan keçən və içində insanların olduğu mikroavtobusu əzdi”.

Şahid əzilmiş avtomobildən öz səyi ilə çıxdığını və evə qayıdanda ailəsinə yaşadığı acını danışmağa söz tapmadığını bildirib.

Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı - FOTOLAR

ŞƏRH YAZ
Ad

E-mail

Şərh