Traktor aşdı: 12 yaşlı oğlan təkərin altında qaldı - FOTO

Avtosfer Foto 21 Yanvar 2019 23:55 Oxunub 6354
Traktor aşdı: 12 yaşlı oğlan təkərin altında qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bud sümüyündə qırıqların olduğu öyrənilən uşağın həyatı üçün təhlükənin olmadığı bildirilib

Aşan traktorun arxa təkərinin altında sıxışmış vəziyyətdə qalan uşaq qurtarılıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir əyalətində baş verib. İddiaya görə, sürücünü idarəetməsindən çıxan traktor aşıb. Traktorda olan 14 yaşlı oğlan qəzanı xəsarət almadan xilas olub. Digər 12 yaşlı qardaşı isə kiçik bir boşluğa düşərək təkərin altında sıxışmış vəziyyətdə qalıb.

Hadisə yerinə gələn xilasetmə qüvvələri qorxudan şok keçirən oğlanı xilas etmək üçün səfərbər olublar. Qısa müddət ərzində traktorun təkərinin altından çıxarılan uşaq, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb. Bud sümüyündə qırıqların olduğu öyrənilən uşağın həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh