Diqqət! Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır

Gündəm 21 Yanvar 2019 11:48 Oxunub 1234
Diqqət! Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən alternativ yoldan istifadə etmələri tövsiyə olunur

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh