Göyçayda ağır qəza – 1 ölü, 5 yaralı

Qəzalar 21 Yanvar 2019 11:55 Oxunub 1510
Göyçayda ağır qəza – 1 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza baş verib. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 km-də Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Ağsu rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Ziyad Əmrah oğlu,1973-cü il təvəllüdlü Mehman Cavadov,Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Qinyaz Vaqif oğlu,Ağsu sakini, 1970-ci il təvəllüdlü Qaçayev Bünyad Əli oğlu, Göyçay rayon Xəlitli kənd sakini Məmmədov Rəşad Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan biri Mehman Cavadov ölüb.

Faktla bağlı BDYP istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


ŞƏRH YAZ
Ad

E-mail

Şərh