Mübahisə edən iki sürücünü maşın vurdu: 4 yaralı - FOTO

Avtosfer Foto 21 Yanvar 2019 22:55 Oxunub 2690
Mübahisə edən iki sürücünü maşın vurdu: 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillə vurulan 2 sürücünün vəziyyəti ağır olduğu bildirilib

Yolda mübahisə edən iki sürücünü maşın vurub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəzadan sonra avtomobillərinə ciddi ziyan dəymiş iki sürücü mübahisə etməyə başlayıb. Bu əsnada başqa bir maşın mübahisə edən iki sürücünü və onların avtomobilini vurub. Arxadan gələn digər bir maşında avtomobillər çırpılıb.

4 nəqliyyat vasitəsinin iştirak etdiyi zəncirvari yol qəzasında, mübahisə edən 2 sürücü olmaqla 4 nəfər xəsarət alıb.

Yaralılar çağrılan tibb əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.

Mübahisə edən zaman avtomobillə vurulan 2 sürücünün vəziyyəti ağır olduğu bildirilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh