TIR-ın təkəri partladı, 3 avtomobil qəza törətdi: 1 ölü, 1 yaralı – FOTO

Avtosfer Foto 21 Yanvar 2019 22:09 Oxunub 1850
TIR-ın təkəri partladı, 3 avtomobil qəza törətdi: 1 ölü, 1 yaralı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bilal Çəlik bütün müdaxilələrə baxmayaraq həyatını itirib

Türkiyənin Düzcə əyalətində 3 avtomobilin və yük maşınının iştirakı ilə zəncirləmə yol qəzası baş verib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Ankara istiqamətində hərəkətdə olan Səlçuq Duranın idarəetməsində olan yük maşınının təkəri partlayıb. Yolun sol zolağında dayan yük maşınına, Bilal Çəlikin idarəetməsində olan avtomobil dəyib.

Daha sonra qəzanı görərək yavaşlayan və digər zolağa keçmək istəyən Talip Ekşinin idarə etdiyi maşına da, arxadan gələn Səmra Parlağın idarəetməsində olan avtomobil çırpılıb.

Zəncirləmə qəzada, yük maşınına çırpılan Bilal Çəlik və həyat yoldaşı Zərrin Çəlik avtomobildə sıxışmış vəziyyətdə qalıb.

Yaralılar avtomobilin içindən çıxarılaraq 112 tibb əməkdaşlarının göstərdiyi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.

Bilal Çəlik bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Həyat yoldaşının vəziyyəti isə ağır olaraq qalır və müalicəsi davam etdirilir.

Qəzanın digər iştirakçılarının avtomobillərinə maddi ziyan dəyib.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh