Səhər alınan yanacaq günorta alınandan çox olur? - İDDİA və CAVAB - VİDEO

Yazarlar 21 Yanvar 2019 23:57 Oxunub 4549
Səhər alınan yanacaq günorta alınandan çox olur? - İDDİA və CAVAB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil üzrə mütəxəssislər də bu iddianın doğru olduğunu bildirir

Son vaxtlar sosial şəbəkələrdə günün səhər saatlarında alınan yanacağın həcminin, günorta saatlarında alınan eyni miqdarda yanacağın həcmindən çox olduğu ilə bağlı iddialar səsləndirilir. İddiaya görə, eyni miqdarda olan benzinin həcmi isti havada soyuq havaya nisbətən çox olur. Avtosfer.az-ın məlumatına görə, iddiada qeyd olunur ki, hava soyuq olduqda yanacağın həcmi azalır, isti olduqda isə artır. Yəni sürücü səhər saatlarında eyni məbləğə daha çox yanacağ alır, günorta saatlarında isə həcm çox olsa da, miqdarı az olur. Yəni temperatura görə yanacağ genişlənir.

Avtomobil üzrə mütəxəssislər də bu iddianın doğru olduğunu bildirir. Fizika mühəndisi və avtomobillər üzrə baş texniki məsləhətçi olan Elçin Abbasov da bunu təsdiq edir. Deyir ki, hətta bunun hesablanma qaydası da var. Amma yanacaqdoldurma məntəqələrində çənlər yerin altında olduğundan temperatur fərqinin gün ərzində çox dəyişmə ehtimalı azdır, yalnız fəslə uyğun bu fərqi hiss etmək mümkündür.

Yanacaqdoldurma məntəqələrindən isə bildirilir ki, yanacaq çənlərinin üst hissəsi yerin minimum 1 metr 40 santimetr dərinliyində olduğundan temperatur fərqi olmur və bunun üçün günün bütün saatlarında yanacaq alınmasından asılı olmayaraq həcm dəyişmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh