Astronomlar Qalaktikanın mərkəzində yeni qara dəlik kəşf etdilər - FOTO

Maraqlı 22 Yanvar 2019 23:35 Oxunub 1701
Astronomlar Qalaktikanın mərkəzində yeni qara dəlik kəşf etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəşdən bir neçə milyard dəfə ağır olan qara dəliklər o vaxt da mövcud olub

Alimlər Süd Yolu qalaktikasının mərkəzində sirli, gözəgörünməyən və ulduzlararası hərəkət edən obyekt kəşf ediblər. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, obyektin kütləsi Günəşin kütləsindən 32 min dəfə çoxdur.

Məsələ ilə bağlı Yaponiyadakı Naqano radio-astronomik rəsədxananın mütəxəssisi Syünya Takekava açıqlama verib:

"Mən ilk dəfə ALMA teleskopundan əldə edilən məlumatları görəndə çox sevindim. Qaz buludu kosmosun bu hissəsində qeyri-nizamlı yox, hansısa orbitlər üzrə hərəkət edirdi. Bu isə böyük çəkisi olan böyük, gözəgörünməz obyektin olduğundan xəbər verir".

Kainatın yaranmasının ilk dövrlərinin müşahidəsi göstərir ki, Günəşdən bir neçə milyard dəfə ağır olan qara dəliklər o vaxt da mövcud olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh