“Ötən ilin 4 ayında 1000 avtomobil istehsal olunub”

Avtoxəbər 22 Yanvar 2019 20:38 Oxunub 1037
“Ötən ilin 4 ayında 1000 avtomobil istehsal olunub”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Rəqəmlər göstərir ki, vətəndaşların da avtomobillərimizə böyük marağı var”

“Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük. Bu məqsədə də nail olduq”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundov qeyd edib ki, bu il şirkət istehsal gücünü 3 dəfə artıracaq: “Əslində ötən il avtomobilləri 4 aya istehsal etmişik. Çünki ondan qabaq bizdə təlimlər, istehsal prosesində audit yoxlamalar keçirilirdi. Son 4 ayda isə 1000 avtomobil istehsalını həyata keçirdik. Bu il üçün isə 3000 avtomobil istehsal etməyi düşünürük”.

Şirkət rəhbərinin sözlərinə görə, bu il istehsal ediləcək avtomobillər üçün dövlət sifarişinin olacağı gözlənilir: “Ötən il istehsal edilən 1000 avtomobilin 95%-i satılıb. Satışın 40%-i dövlət qurumlarının payına düşüb. Bu il üçün sifarişlərin olmasını gözləyirik. Amma rəqəmlər göstərir ki, vətəndaşların da avtomobillərimizə böyük marağı var”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh