"Buta Airways" Ufaya uçuşlara başlayır

Gündəm 22 Yanvar 2019 20:01 Oxunub 602
"Buta Airways" Ufaya uçuşlara başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviareyslər mayın 12-dən, həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - “Buta Airways” Rusiyanın Ufa şəhərinə uçuşlara başlayacaq.  Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, aviareyslər mayın 12-dən, həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Başqırdıstanın paytaxtı aviaşirkətin Rusiyadakı 6-cı istiqaməti olacaq. Belə ki, hazırda "Buta Airways"in marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh