Şəkidə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Qəzalar 22 Yanvar 2019 19:42 Oxunub 689
Şəkidə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəki rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, “QAZ-24” və “VAZ-21061” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “VAZ-21061” markalı avtomobildə olan rayonun Kiçik Dəhnə kənd sakinləri - 1994-cü il təvəllüdlü Nicat Rasim oğlu Rəşidov, 1997-ci il təvəllüdlü Naib Nail oğlu Tahirov və 1996-cı il təvəllüdlü Novruz Bayram oğlu Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan N.Tahirova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır. R.Rəşidov sağ ayağının bud sümüyünün sınığı xəsarəti ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. N.Yunusovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh