Silahlı şəxs təyyarəni qaçırtmağa cəhd etdi - VİDEO

Gündəm 22 Yanvar 2019 20:25 Oxunub 609
Silahlı şəxs təyyarəni qaçırtmağa cəhd etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Surqut sakini olan həmin sərnişin saxlanılıb

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarəni pilotları hədələyərək istiqaməti dəyişmək istəyən şəxsin 41 yaşlı Surqut vətəndaşı olduğu bildirilir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, həmin şəxsin məhkumluğu olduğu da bildirilib.

X X X

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarə məcburi eniş etməli olub. Buna səbəb sərnişinlərdən birinin pilotlara hədə-qorxu gələrək təyyarəni Əfqanıstana yönəltmək tələbi olub. Təyyarə eniş etdikdən sonra hava limanına polis qüvvələri cəlb edilib, Surqut sakini olan həmin sərnişin saxlanılıb. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh