Maaşı kəsilən fəhlə hoteli sökdü - VİDEO

Gündəm 22 Yanvar 2019 22:45 Oxunub 790
Maaşı kəsilən fəhlə hoteli sökdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda onun axtarışa verildiyi bildirilir

İngiltərənin Liverpul şəhərində qəzəblənmiş fəhlə ekskavatorla inşası başa çatmamış hoteli dağıdıb. Onun qəzəbinə maaşının kəsilməsi səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” portalı məlumat yayıb.

Yanvarın 20-də lentə alınmış videoçarxda sürücünün ekskavatorla hotelin pilləkənlərinə qalxdığını və şüşə qapı və üzərindəki paneli sökdüyünü görmək olur.

Daha sonra içəri daxil olaraq dağıntı törədir: içəridəki mebelləri aşırır, tavanın plitələrini sökür.  Hirsini bu yolla çıxaran fəhlə arada söyüş də söyür və “kişinin maaşını verməyəndə, axırı belə olur”, - deyə gileylənir.

Hadisə yerinə polisin çağırılmasından sonra ekskavatordan düşərək “dabana tüpürüb”. Hazırda onun axtarışa verildiyi bildirilir.

Fəhlənin bu çılğın hərəkətindən ətrafda olanlar şoka düşüb. Şahidlərin dediyinə görə, razılaşdırılmamış söküntü 20-30 dəqiqə ərzində davam edib.

Məlumata əsasən, fəhlənin özündən çıxmasına səbəb işəgötürənin maaşından 600 funt sterlinqi kəsməsi olub. Hotel şəbəkəsinin rəsmisi insidenti şərh etməkdən imtina edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh