“Volvo” 200 mindən çox avtomobili geri çağırıb

Gündəm 22 Yanvar 2019 22:29 Oxunub 749
“Volvo” 200 mindən çox avtomobili geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zay detallar pulsuz əvəzlənəcək

İsveçin “Volvo” avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, çox güman, söhbət yanacaq şlanqındakı çatlardan gedir. Hazırda konserndə zay sayılmış detallar ilə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsur onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir. Qeyd edək ki, zay detallar pulsuz əvəzlənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh