Əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib

Gündəm 23 Yanvar 2019 07:11 Oxunub 589
Əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dumanlı hava şəraiti ilə əlaqədar

Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir.

Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.

Qeyd edək ki, dünən səhər saatlarında da oxşar hava şəraiti hökm sürüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh