Ağdaşda avtomobil yaşlı qadını vurub

Qəzalar 23 Yanvar 2019 07:19 Oxunub 715
Ağdaşda avtomobil yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, “Ağsaray” şadlıq sarayının qarşısında baş verib.

Belə ki, “VAZ-21-06” markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh