Dehlidən Bakıya birbaşa uçuşlar ola bilər

Gündəm 23 Yanvar 2019 07:25 Oxunub 553
Dehlidən Bakıya birbaşa uçuşlar ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hindistanlı turistlər üçün Azərbaycana uçuşlar əsasən Körfəz ölkələri üzərindən həyata keçirilir

Gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu "Times of India" informasiya agentliyinə müsahibəsində deyib.

Büro rəhbəri əlavə edib ki, hazırda hindistanlı turistlər üçün Azərbaycana uçuşlar əsasən Körfəz ölkələri üzərindən həyata keçirilir.

Baş icraçı direktor Azərbaycana səfər etməyin asan olduğunu da qeyd edib.

F.Zenqstşmid bildirib ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh