Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Qəzalar 23 Yanvar 2019 07:39 Oxunub 727
Gəncədə yol qəzası baş verib, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Şəfa İsmət oğlu Quluzadə idarə etdiyi minik avtomobili ilə şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan zaman başqa bir avtomobillə toqquşub.

Nəticədə Ş.Quluzadə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh