Gəmidə yanğın zamanı dörd Türkiyə vətəndaşı ölüb

Gündəm 23 Yanvar 2019 07:45 Oxunub 596
Gəmidə yanğın zamanı dörd Türkiyə vətəndaşı ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 8 nəfəri xilas edilib, daha 4 nəfər itkin düşüb

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Hadisə zamanı 16 nəfər Türkiyə vətəndaşından 8 nəfəri xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro"gəmilərində yanğın baş verib. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.

Hadisə zamanı hər iki gəmidə cəmi 32 nəfər olub. Onlardan 10-u ölüb, 10-u itkin düşüb, 12 nəfər isə xilas edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh