Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

Gündəm 23 Yanvar 2019 07:57 Oxunub 646
Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik heç bir nəticə əldə edilməyib

Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərindən uçarkən radarlardan itib.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.

Lakin saat 20:00-da “PA 46 Malibu"”markalı özəl təyyarə ilə əlaqə kəsilib.

Axtarış-xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh