Yol polisi ilə mübahisə edib videoya çəkmək hansı nəticələri verir? - VİDEO

Öyrənək 23 Yanvar 2019 09:34 Oxunub 2729
Yol polisi ilə mübahisə edib videoya çəkmək hansı nəticələri verir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət etmək hüququ isə hər bir vətəndaşda qalır

Vətəndaş Rüstəm Cəfərovun sosial şəbəkələrdə paylaşdığı video izləyənlərin müzakirəsinə səbəb olub. Belə ki, videoda yol patrul xidməti əməkdaşı sürücünü saxlayır, qaydalara uyğun çərçivədə özünü təqdim edir, qayda pozuntusunu izah edir və sənədləri istıyir. Lakin sürücü bir neçə dəqiqə ərzində heç bir sənəd təqdim etmir, hətta şikayət edir. Uzun mübahisədən sonra sürücü razılaşmır, amma inspektor ona cərimə yazır.

Amma qaydalar bu cürdürmü? Əslində belə videoların yayılması sürücülər arasında da çaşqınlıq yaradır. Hətta bəzi sürücülər də bildi-bilmədi 2-3 maddəni əzbərləyir və polis əməkdaşları ilə mübahisə etməyə başlayır. Nəticədə isə özlərinin vəziyyətini gərginləşdirirlər.

"Yol hərəkəti haqqında" qanuna və Yol Patrul Xidməti haqqında təlimata əsasən, YPX əməkdaşı vizual şəkildə gördüyü qayda pozuntusuna görə, nəqliyyat vasitəsini saxlayır, özünü təqdim edərək sənədləri tələb edir. Qanuna görə, sürücü müvafiq sənədləri təqdim etməlidir. Hətta inspektorun tələbi ilə nəqliyyat vasitəsini tərk edə və etirazını protokola qeyd edə bilər. Yaxud da sonradan elektron qaydada və yaxud poçt vasitəsilə protokoldan şikayətini bildirə bilər.

Bu cür videoların yayılması həm yol patrul xidməti əməkdaşlarının bir az məsuliyyətli olmasına dəlalət edirsə, digər tərəfdən də sürücülər arasında çaşqınlıq yaradır. Bəzi sürücülər belə videolardan ruhlanaraq yeri gəldi-gəlmədi polis əməkdaşları ilə mübahisə edirlər. Bəzən də öz vəziyyətlərini ağırlaşdırırlar.

Tövsiyə edərdik ki, qaydaları bilmək və ona əməl etmək lazımdır. Amma YPX əməkdaşı ilə uzun müddət mübahisə etmək də olmaz. Çünki hər sürücüyə yarım saat vaxt sərf olunsa bu ümumi işin keyfiyyətinə mənfi təsir göstərir. Bəziləri bunu sadəcə məsuliyyətdən yayınmaq üçün edir. Amma bəziləri də hüquqları bildiyi üçün. Amma ümumilikdə sürücülər də yol polisini nəzərə almalıdır.

Təqdim olunan videoda da vətəndaş Rüstəm Cəfərov da eyni situasiya yaşayır. Təbii ki, görüntülər ortadadır və obyektiv qərar veriləcək. Şikayət etmək hüququ isə hər bir vətəndaşda qalır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh