Bakıda toydan sonra dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

Avtosfer TV 23 Yanvar 2019 09:55 Oxunub 1436
Bakıda toydan sonra dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir

Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb. Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb. O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh