Yol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO

Yol polisi 23 Yanvar 2019 15:28 Oxunub 11877
Yol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislərin fədakar davranışı və operativliyi gənc ailənı ağır faciədən qurtarıb

Yol polisi əməkdaşları daha bir nəfərin həyatını xilas ediblər. Hadisə yanvarın  20-də Abşeron rayonu, Pereşkül qəsəbəsində baş verib. Avtosfer.az-ın məlumatına görə, yanvarın 20-də, saat 23:30 radələrində Püreşkül qəsəbəsi sakini Nurani Bayramov yolda xidmət aparan 99 YP 791 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobinin qarşısnı kəsərək yol polisi əməkdaşlarından kömək istəyib. Bildirib ki, işdə olarkən qonşusu zəng vurub və bildirib ki, həyat yoldaşı evdə qazdan zəhərlənib, vəziyyəti ağırdır. Yol polisi əməkdaşları heç bir tərəddüd etmədən həmin  şəxsi patrul maşınına mindirərək onun dediyi ünvana yollanıblar və məlum olub ki, Nurani Bayramovun həyat yoldaşı Lalə Bayramova hamamda dəm qazından zəhərlənib. Hadisənin üstünü isə elə Nurani Bayramov özü açıb. Gün ərzində bir neçə dəfə həyat yoldaşı ilə zəngləşən, mesaj vasitəsilə əlaqə saxlayan Nurani Bayramov təxminən 1 saata yaxın ərzində həyat yoldaşına dəfələrlə zəng etsə də ona cavab verilməyib. Bundan narahat olan N.Bayramov qonşusuna zəng vuraraq xahiş edib ki, onların evinə baş çəksin və həyat yoldaşı ilə maraqlansın. Qonşu qadın N.Bayramovun evinə gedəndə Lalənin huşsuz vəziyyətdə yerə yıxıldığını görüb və bu barədə onun həyat yoldaşına məlumat verəndən sonra Nurani Bayramov iş yerindən çıxaraq yol kənarında xidmətdə olan polis əməkdaşlarından kömək istəyib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, baş serjant Rəşad ƏSgərov və serjant Aslan Qarayev vətəndaş Nurani Bayramovu patrul maşını ilə yaşadığı ünvana apararkən yolda təcili yardıma da zəng edərək kömək istəyiblər. Qısa müddətdə onun yaşadığı ünvana çatdıqda isə vəziyyətin kritik həddə olduğunu görərək özləri xəstəyə ilkin tibbi yardım göstəməli olublar. Məlum olub ki, L.Bayramovanın dili qatlanıb və nəfəsi kəsilir. Yol polisi əməkdaşı Rəşad Əsgərov və Lalənin həyat yoldaşı Nurani köməkləşərək onun dilini çıxarıblar və nəfəs almasına kömək ediblər. Təcili yardımın gecikdiyini görərək dərhal xəstəni patrul maşınına əyləşdirib xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində Lalə Bayramovanın həyatını xilas etmək mümkin olub. 
Avtosfer.azın əməkdaşları dünən həmin polis əməkdaşları və vətəndaş Nurani Bayramovla görüşüb. Onlar baş vermiş hadisə barədə danışıbalr. N.Bayramov göstərdikləri köməkliyə görə polis əməkdaşlarına, DİN və Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Bu hadisədən sonra polislərlə tez-tez əlaqə saxladığını və özünə dostlar qazandığını bildirb. Polis əməkdaşları isə bu xidmətdən qürur duyduğunu və daim vətəndaşların yanında olduqlarını diqqətə çatdıırblar.


Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Arzu Aliyev 24 Yanvar 2019 14:41
Halal olsun belə polis qadaşlarimza.Öz adımdan zizə öz təşəkürmü bildirirəm.Qoy ölkəmizdə belə qeyətli ogulaimiz çox olsun.
Arzu Aliyev 24 Yanvar 2019 14:38
Halal olsun belə polis qadaşlarimza.Öz adımdan zizə öz təşəkürmü bildirirəm.Qoy ölkəmizdə belə qeyətli ogulaimiz çox olsun.