Polis sürücünü “avtoş”luğuna görə peşman etdi: 9 min cərimə - FOTO

Avtosfer Foto 23 Yanvar 2019 20:01 Oxunub 1663
Polis sürücünü “avtoş”luğuna görə peşman etdi: 9 min cərimə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil də 60 gün nəqliyyatdan kənarlaşdırılıb

Qarlı havada “avtoş”luq edən şəxs cərimələnib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Toqat əyalətində baş verib. Gecə yarısı ailəsinə məxsus avtomobili götürərək qarda “drift” edən şəxs, polisləri gördükdə özünü itirərək, maşını park halında olan avtomobilə çırpıb. Polis sürücüyə, nəqliyyatda təhlükəli hərəkətlərinə görə, 5 min 10 lirə, maşını  sürücülük vəsiqəsiz idarə etməsinə görə 4 min 36 lirə, ümumilikdə 9 min 46 lirə cərimələyib.

Avtomobil də 60 gün nəqliyyatdan kənarlaşdırılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh