Şəki polisi məktəbliləri maarifləndirməkdə davam edir - FOTO - VİDEO

Yol polisi 23 Yanvar 2019 20:53 Oxunub 2814
Şəki polisi məktəbliləri maarifləndirməkdə davam edir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Analoji tədbirlər davam etdiriləcək

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inpektoru, polis baş leytenantı Tural Niftalıyev uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

2019-cu ildə, Şəki Dövlət Yol Polisi maarifləndirmə tədbirlərinə avtomobil yollarının hərəkət hissəsinə çox yaxın, yəni hərəkət üçün təhlükəli olan ərazilərdə yerləşən təhsil müəssisələrindən başlayıb. Bu tədbirlər, 10.01.2019-cu il tarixdə Şəki-Oğuz şosesində, yolun hərəkət hissəsinə çox yaxın yerləşən Şəki şəhər, 21 saylı tam orta məktəbdə, 16.01.2019-cu il tarixdə Şəki-Qax avtomobil yolunun hərəkət hissəsinə çox yaxın yerləşən Şəki rayonu, Aşağı Göynük kənd tam orta məktəbində, 23.01.2019-cu il tarixdə isə yenə də Şəki-Qax avtomobil yolunun hərəkət hissəsinə çox yaxın yerləşən Aşağı Layısqı kənd tam orta məktəbində keçirilib. Bu tədbirlər zamanı, şagirdlərə Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, piyadanın vəzifələri barədə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.


Respublika ərazisində, 2018-ci il ərzində baş verən ümumi yol-nəqliyyat hadisələrinin 47.5%-ni piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin təşkil etməsinin Daxili İşlər Nazirliyində ciddi narahatçılıq doğurduğu qeyd olunub.


Polis baş leytenantı Tural Niftalıyev, təhsil müəssisələrinin rəhbərlərinə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.


Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inpektoru, polis baş leytenantı Tural Niftalıyev, tədbirlərdə çıxış edərkən, həmin təhsil müəssisələrinin avtomobil yolunun hərəkət hissəsinə çox yaxın yerləşməsi səbəbindən, bu məktəblərdə təhsil alan şagirdlərin yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalarının vacibliyini xüsusi vurğulayıb.


Piyadaların intizamının artırılmasına dair, maarifləndirmə tədbirlərinin rayonun bütün təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh