Makedoniyalı İsgəndərin ölüm səbəbi başqa imiş

Maraqlı 23 Yanvar 2019 23:05 Oxunub 1791
Makedoniyalı İsgəndərin ölüm  səbəbi başqa imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərbi Nil qızdırması və zəhərlənmə versiyaları da səslənirdi

Yeni Zelandiyadakı Otaqo universitetinin professoru Ketrin Holl məşhur yunan sərkərdəsi Makedoniyalı İsgəndərin ölüm səbəbiylə bağlı yeni versiya irəli sürüb.

 

Avtosfer.Az Bizimyol.info-ya istinadla xəbər verir ki, o, tarixi şəxsiyyətin Giyena-Barre sindromundan – polineyropatiyadan öldüyünü düşünür.


Polineyropatiya mədə-bağırsaq traktına və nəfəs yollarına infeksiya düşməsindən yaranır. Tarixdən bilinir ki, İsgəndərin meyiti uzun müddət çürümürmüş. Ölümündən sonra altı gün onun nəşində heç bir dəyişiklik olmayıb. Yenizelandiyalı professor bunu məhz polineyropatiya ilə bağlayır. Xəstəliyin sindromlarından biri gec çürümədir. Meyitdən ənənəvi kəskin pis qoxu da gəlmir.

İndiyə qədər Makedoniyalı İsgəndərin malyariyadan öldüyü güman olunurdu. Bundan başqa, Qərbi Nil qızdırması və zəhərlənmə versiyaları da səslənirdi. İsgəndər təxminən 10 gün qızdırma içində qovrulandan sonra eramızdan əvvəl 323-cü ilin iyununda vəfat edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh