Alimlər Qalaktikanın mərkəzindəki qara dəliyi ölçdülər

Maraqlı 24 Yanvar 2019 07:45 Oxunub 1326
Alimlər Qalaktikanın mərkəzindəki qara dəliyi ölçdülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlərə bu işdə dünyanın ən güclü radio rəsədxanalarının ittifaqı yardım edib

Süd Yolu Qalaktikasının mərkəzindəki qara dəliyin görünən hissələrinin ölçüləri barədə ilk dəfə məlumat əldə edilib. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, alimlərə bu işdə dünyanın ən güclü radio rəsədxanalarının ittifaqı yardım edib. Bu barədə "Astrophyiscal Journal" jurnalında geniş məqalə dərc edilib.

Alimlərin fikrinə əsasən, bütün qalaktikaların mərkəzində Günəşdən milyon və milyard dəfələrlə böyük qara dəliklər yerləşir. Bu qara dəlik materiyanı udur. Bir çox hallarda qara dəlik udduğu materiyanı işıq sürətinə yaxın hərəkətli plazmalar kimi geri qaytarır.

Süd Yolu və bəzi qalaktikalarda isə qara dəlik fəaliyyətsizdir. Alimlər uzun müddətdir qara dəliyin nə zaman "yuxuya getdiyini" öyrənməyə çalışırlar. Eyni zamanda onun nə qədər aktiv olduğunu, bu aktivliyin Qalaktikamıza təsirini bilmək istəyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh