Polis əmrə tabe olmayan 5 nəfəri yaxaladı - FOTO

Avtosfer Foto 24 Yanvar 2019 23:25 Oxunub 1627
Polis əmrə tabe olmayan 5 nəfəri yaxaladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma zamanı avtomobilin texniki baxışdan, sürücünün sürücülük vəsiqəsi olmadığı məlum olub

Polisin “dayan” əmrinə tabe olmayaraq avtomobillə qaçan 5 nəfər saxlanılıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə Türkiyənin Bursa əyalətində baş verib.

Əldə edilən məlumata görə, S.U.E idarəetməsində olan avtomobillə, polis əməkdaşları tərəfindən “dayan” əmrinə tabe olmayaraq qaçıb.

Bundan sonra polis əməkdaşları qaçan avtomobili qovalamaya başlayıb.

1 saat davam edən qovalamada polislər, Meydancıq Məhəlləsi Göydərə qovşağında avtomobilin qarşısını kəsərək sürücü S.U.E. ilə maşında olan Z.Ö, A.K., E.V., və E.Y-i yaxalanaraq Polis Şöbəsinə aparılıblar.

Aparılan araşdırma zamanı avtomobilin texniki baxışdan keçmədiyi, S.U.E.-nin sürücülük vəsiqəsi olmadığı, E.B.-nin isə müxtəlif cinayətlərdən axtarışda olduğu məlum olub.

Araşdırmalar davam edir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh