Sərinişinləri təhlükəyə atan avtobus sürücüsü cəzalandırıldı - VİDEO

Avtosfer TV 24 Yanvar 2019 13:28 Oxunub 1040
WhatsApp kanalımıza abunə ola bilərsiniz
60 manat 3 bal cərimə protokolu tərtib edilib

Zabrat yolunda hərəkət edən avtobusun təhlükəli şəkildə sərnişin daşıması ilə bağlı çəkilən video görüntü bir neçə gün əvvəl Avtosfer.az saytı tərəfindən yayımlanmışdı. Yanvarın 14-də qeydə alınan görüntülərdə. Balaxanı istiqamətində hərəkət edən 105 saylı xətt üzrə fəaliyyət göstərən 99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyırdı. Avtobus hərəkətdə olan zaman qapılar açıq olduğu üçün sərnişinlər avtobusdan sallaşaraq gedirdilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirib ki, həmin sürücü düən aşkar olunub və barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq 60 manat 3 bal cərimə protokolu tərtib edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh