"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb

Avtoxəbər 24 Yanvar 2019 22:36 Oxunub 1125
"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədar

"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Qəzalar zamanı həmin insidentlər nəticəsində 23 nəfərin həlak olduğu, yüzlərlə şəxsin xəsarət aldığı deyilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh