Şvartsman növbəti mövsümü Formula 3-də keçirəcək

Yarışma 24 Yanvar 2019 22:25 Oxunub 1508
Şvartsman növbəti mövsümü Formula 3-də keçirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mik Şumaxer Formula 2-də iştirak edəcək

“Ferrari” yürüş akademiyasının rəhbərliyi öz pilotlarının qarşıdakı mövsüm üçün planları barədə danışıb. Burada təsdiq ediblər ki, Avropa Formula 3 seriyasının çempionu, akademiyaya yeni seçilmiş Mik Şumaxer Formula 2-də iştirak edəcək. Bu seriyada Mik Şumaxerlə bərabər Culiano Alezi və Kallum Aylott da çıxış edəcəklər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Ferrari” Formula 3-də özünün iki yetirməsi – Robert Şvartsman və Markus Armstronq ilə təmsil olunacaq.

Xatırladaq ki, bu, tarixdə ilk Formula 3 mövsümü olacaq. Bu seriya Avropa Formula 3 seriyası ilə GP3-ün birləşməsi nəticəsində yaranıb. Gənclər proqramının digər pilotlarına gəldikdə, Entso Fittipaldi yeniyetmələrin regional seriyalarında, Canluka Petekof isə Formula 4-də iştirak edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh