“Şkoda” yeni “Kamiq” krossoverini təqdim edəcək

Avtoxəbər 24 Yanvar 2019 22:16 Oxunub 1341
“Şkoda” yeni “Kamiq” krossoverini təqdim edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ilin martında Cenevrə avtosalonunda

“Şkoda” avtomobil şirkəti yeni krossoverin – “Kamiq” kompakt modelinin hazırlandığını təsdiq edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, çex şirkətinin 2019-cu ilin martında Cenevrə avtosalonunda təqdim edəcəyi yeni modelin adı Kanadanın şimalında və Qrenlandiyada yaşayan inuit xalqının dilindəki sözdən götürülüb. Bu sözün mənası isə insanın özünə məxsus olan və çox yaxın hiss etdiyi əşya deməkdir. Yeni model MQB platformasında hazırlanıb və “Skoda Vision X” avtomobilinin konsepsiyası üslubunda olan dizayna malikdir. “Kamiq” Avropa avtomobil bazarında çex markasından olan ən uyğun qiymətə satılacaq krossover olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh