İki gənc dronla yadplanetli gəmini lentə aldı - VİDEO

Maraqlı 24 Yanvar 2019 21:38 Oxunub 1604
İki gənc dronla yadplanetli gəmini lentə aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Obyekt o qədər sürətlə hərəkət edir ki, onu kadrları yavaşladıb görmək mümkündür

ABŞ-ın Yuta ştatının iki sakini-Sem Çortek və Cimmi Çappi Biver şəhəratrafı qəsəbədə dronu havaya buraxıblar.

Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, gənclərin məqsədi gözəl təbiət görüntüləri əldə etmək olub. Onlar kadrlara baxanda qeyri-adi hadisə ilə rastlaşıblar. Qəflətən çox sürətlə döngə edən naməlum obyekt dronun yanından uçub.

Obyekti müəyyən etmək olmayıb. Çünki dəqiq görüntüsü yoxdur və daha çox bulud topasına bənzəyir. Kadrlara baxanların əksəriyyəti bu obyektin maskalanmış UNO olduğunu iddia edib.

Ağ obyekt dronun sol tərəfində qəflətən peyda olur. Sonra isə hündürlüyə qalxır və 90 dərəcəli buvaq altında dönərək dronun yanından sürətlə uçub keçir.

Obyekt o qədər sürətlə hərəkət edir ki, onu kadrları yavaşladıb görmək mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh