Qayda pozan sürücülər yenə "iş başında" - VİDEO

Avtosfer TV 24 Yanvar 2019 21:33 Oxunub 1379
Qayda pozan sürücülər yenə "iş başında" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr etmə qaydasını pozaraq digərlərinə təhlükə yaradırlar

Avtosfer.az saytına oxucumuz iki ayrı-ayri qayda pozan sürücünün videogörüntüsünü göndərib. 23 yanvar 21:12 radələrində Yasamal rayonu ərazisində 90 BS 733 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq digər hərəkət iştirakçısına təhlükə yaradır. Sürücülər gərək anlaya ki, belə hallarda nə zamanda,nə də məsafədə qabağa düşmək olmur. Yalnız başqalarına və özlərinə təhlükə yaradırlar. 

Digər videogörüntüdə isə Nəsimi rayonu ərazisində 24 yanvar tarixində 08:36 radələrində 90 UN 076 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qəflətən ikinci hərəkət zolağında saxlayıb qəza dayanma işıqlarını yandırır və sərnişin düşürməyə başlayır. Bu zaman arxadan gələn bütün avtomobillər dayanmağa məcbur olur. Halbuki sürücü bir neçə metr qabağa getsə sağda daha təhlükəsiz və heç bir hərəkət iştirakçılarına maneə yaratmadan saxlayıb sərnişin düşürdə bilərdi.

Kənan


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ömər 31 Yanvar 2019 17:22
Bu videoları çəkən şərəfsizin adı Raufdu 10bp600 nissan pathfainder, işverənliyi evdə öyrənib yəyqin