1500 manatlıq cəriməsi silinsin deyə video yaydı - DYP onu ifşa etdi

Yol polisi 25 Yanvar 2019 12:59 Oxunub 14248
1500 manatlıq cəriməsi silinsin deyə video yaydı - DYP onu ifşa etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP sosial şəbəkələrdə yol polisi ilə bağlı yayılan iddialara münasibət bildirib

Dünən Bakupress.az saytında dərc edilmiş videoda müəllif Şəfəq Ağacan idda edir ki, yol polisində qanunsuz əməllərlə yol verilir. Süjetdə qeyd olunur ki, İdarədə 14-cü otaqda ondan 150 manat pul alınıb, amma cəriməsi ödənilməyib. Daha sonra müəllif ümumiyyətlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin lazımsız qurum olduğunu və ləğv edilməsinin vacibliyini deyir.  Lakin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlama verərək bildirib ki, əslində süjetin yayılmasına səbəb müəllifin yol polisindən 1500 manatlıq cəriməsinin silinməsi istəyinə mənfi cavab almasıdır: "Belə ki, 90 ST 074 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobilin sürücüsü bu günə qədər yol hərəkəti haqqında qanunun tələblərini pozduğuna görə, barəsində 45 inzibati protokol yazılıb. Hazırda 1500 manat məbləğində cəriməsi var ki, bunlardan 31-nə artıq dəbbə pulu hesablanır”.
Vaqif Əsədov bildirib ki, süjeti hazırlayan xanım onun qəbulunda olub. "Sadəcə xanım bu informasiyanı yaymaqla cərimələrdən yayınmaq istəyir və belə şantaja əl atır. Təbii ki, qeyd olunanların heç bir hüquqi əsası yoxdur."
Vaqif Əsədov onu da əlavə edib ki, xanım sürücüyə cərimələrini hissə-hissə ödəməsini bildirib. "İki cəriməsini ödədi və 150 manatlıq cərimə çəkini aldı. Amma görünür ki, xanım məsuliyyətdən yayınmaq istəyib və cərimələri ödəmək istəməyib. Amma qanun hamı üçün eyni dərəcədə keçərlidir." 
Vaqif Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ləğv edilməsi iddiasına da cavab verib: “Görəsən Şəfəq xanım niyə İdarənin ləğv edilməsini istəyir? Şəxsən mənə texniki baxışdan keçmək barədə müraciət etdi. Amma bunun cərimələri ödəmədən mümkünsüz olduğunu bildiyi üçün bu cür şantaja əl atır. Tövsiyyə edərdim ki, xanım qanunvericiliyin tələblərini yerinə yetirərək cərimələrini ödəsin. Bir daha deyirəm ki, Dövlət Yol Polisi barədə sosial şəbəkələrədə yayılan süjet həqiqəti əks etdirmir. Müəllif bu süjeti yaymaqla inzibati məsuliyyətdən yayınmaq istəyir. Məqalə müəllifi fikirləşir ki, şantaj yolu ilə bu məsələni həll edəcək”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh