Avtoservisdə dəhşətli hadisə: “Rolls-Royce” işçilərin üstünə düşdü - VİDEO

Avtosfer TV 25 Yanvar 2019 23:21 Oxunub 1864
Avtoservisdə dəhşətli hadisə: “Rolls-Royce” işçilərin üstünə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zaman onlardan biri ölüb, digəri isə xəsarət alıb

Avtoservisdə avtomobilin işçilərin üzərinə düşməsi anı təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Çində baş verib. Belə ki, videoda avtoliftlə qaldırılan “Rolls-Royce”a baxış keçirilən müddətdə avtomobili havada saxlayan dəmirlərdən biri qopur. Sol arxaya tərəf aşmağa başlayan maşının altındakı işçilərdən biri qaçıb, digər işçi isə sol qabaq təkəri tutaraq onun aşmasının qarşısını almağa çalışıb. Avtomobilin ön hissəsinin havaya qalxması ilə ayaqları yerdən üzülən işçi nəqliyyat vasitəsinin yerə düşməsi ilə maşının altında qalaraq ölüb. Digər işçi isə yüngül xəsarətlər alaraq xilas olub.

Avtosfer.az avtoservisdə baş verən o dəhşətli hadisənin videosunu təqdim edir:

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh