Yeni tikilən piyada keçidi sökülür- Bakıda – FOTO

Xəbərlər 1 Mart 2015 20:46 Oxunub 2534
Yeni tikilən piyada keçidi sökülür- Bakıda – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aidiyyatı orqanlar bunu piyada keçidinin yerinin düzgün seçilməməsiylə əlaqləndiriblər

Bakının Ziya Bünyadov prospektində inşa olunan və tikinti işlərinin 90 faizi yekunlaşan yerüstü piyada keçidini sökməyə hazırlaşırlar. Avtosfer.az xəbər verir ki, adının çəkilməsini istəməyən iş icraçıları modern.az-a yerüstü keçidin söküləcəyini bildiriblər. Onlar bunu piyada keçidinin yerinin düzgün seçilməməsiylə əlaqləndiriblər. Bildiriblər ki, Ziya Bünyadov prospektinin Böyük Şor qəsəbəsi ərazisində inşa olunan bu piyada keçidinin düz yanında yanacaqdoldurma məntəqəsi tikiləcək. Ərazidəki fərdi evlərin sakinləri də bir neçə gün öncə buradan köçürülüb və həmin tikililər artıq sökülüb.  Tikintisinə külli miqdarda vəsait sərf olunan yerüstü piyada keçidinin təxminən 200 metr aralıda yenidən inşa olunacağı deyilir.

Qeyd edək ki, tikintisi başa çatmasa da, Böyük Şor qəsəbəsinin sakinləri bu keçiddən istifadə edirlər. Məhz onun inşası Ziya Bünyadov prospektinin bu ərazisində piyadalarla bağlı indiyədək baş verən bədbəxt hadisələrin qarşısının alıb. «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sözügedən  yerüstü piyada keçidinin söküləcəyi barədə məlumatsız olduğunu deyərək, işlərin hansı səbəbdən dayandırıldığını əsaslandırmayıb.  

Ziya Bünyadov prospektində inşası dayandırılan bu piyada keçidi I Avropa oyunları üçün tikilən yeni Olimpiya Stadionundan təxminən 1 km məsafədə yerləşir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh