Qırmızı işıq bu sürücüyə aid deyil - 99-CB-788 - VİDEO

Avtosfer TV 25 Yanvar 2019 22:11 Oxunub 1828
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görəsən 10 saniyə üçün özünü təhlükəyə atmağa dəyərmi?

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınan görüntülər Avtosfer.az-a oxucularımızdan biri tərəfdən göndərilib. "Təbrik" şadlıq sarayının qarşısındakı işıqforda qırmızı işıq yanır. "Ukrayna" dairəsi istiqamətində avtobuslar hərəkət edir. Avtomobillər isə gözləyir. Amma 99-CB-788 dövlət nömrə nişanlı avtomobilin sürücüsü işıqforun qadağan olunmuş işığında keçir. Sanki bu qadağanın ona heç bir aidiyyatı yoxmuş kimi yoluna davam edir. 
Təbii ki, 3 bal və 60 manatlıq cərimə olunacaq. Amma burada məsuliyyət məsələsi önə çıxır. Özü ilə bərabər digərlərinin də həyatını təhlükəyə atır. Görəsən 10-15 saniyə üçün buna dəyərmi? 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh