Formula 1 yarışlarında Filippin Qran-Prisi mərhələsi yarana bilər

Yarışma 26 Yanvar 2019 19:46 Oxunub 2101
Formula 1 yarışlarında Filippin Qran-Prisi mərhələsi yarana bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Filippində tezliklə yeni trass açılacağı gözlənilir

Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, eyni zamanda, Manila Qran-Prisinin qeydiyyata alınması üçün də müraciət olunub. Bu isə o deməkdir ki, sözügedən yürüşlər Filippinin paytaxtında keçirilə bilər. Yürüşün şəhər daxilində, yoxsa stasionar avtodromda keçiriləcəyi hələ dəqiq məlum deyil. Filippində tezliklə yeni trass açılacağı gözlənilir, lakin həmin trass Formula 1 yürüşləri üçün nəzərdə tutulmayıb.

Qeyd edək ki, Filippin Qran-Prisi Cənub-Şərqi Asiya regionunda ikinci yeni mərhələ ola bilər. Bir qədər əvvəl bildirilib ki, artıq 2020-ci ildə Formula 1 dünya çempionatının bir mərhələsi Vyetnamda keçiriləcək. ABŞ-da daha bir Qran-Pri təşkil edilməsi ilə əlaqədar problemlər fonunda “Liberty Media” bu yürüşlərin keçirilməsi üçün yeni yerlər axtarışını davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh