Mingəçevir sakini 51 yaşlı avtomobili "zavodskoy" etdi - "50 minē sataram" - VİDEO

Avtodünya 27 Yanvar 2019 21:31 Oxunub 1771
Mingəçevir sakini 51 yaşlı avtomobili "zavodskoy" etdi - "50 minē sataram" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Akif Bəkirov yağmurlu havalarda avtomobili həyətdən çölə çıxarmır

Mingəçevir sakini 62 yaşlı Akif Bəkirov 1968-ci il istehsalı olan "Qaz-21" markalı minik avtomobilini sanki əvvəlki halına qaytarıb. Avtosfer.Az-ın məlumatına görə, 51 yaşlı retro avtomobili yeniləmək üçün 5 min manat xərc çəkib. Detallarının əksəriyyətini də Rusiya, Ukraniya və Gürcüstandan sifariş verib. Bütün detalları "Volqa"ya aid olan avtomobilin geniş salonu onu digər modellərdən fərqləndirir. Maraqlı məqam isə ondan ibarətdir ki, "Qaz- 21"in ən çox pul xərclənən detalı ön hissədə yerləşdirilmiş "ceyran"dır.

Qorki avtomobil zavadonun 51 il öncə istehsal etdiyi "Qaz-21" Mingəçevir sakinləri ilə yanaşı, şəhərə gələn qonaqların da marağına səbəb olur. Kimisi yenilənmiş modeli toy karvanında görmək istəyir, kimisi də onu almağa çalışır. Avtomobilə yüksək qiymət təklif edilsə də, sahibi onu satmayıb. Lakin 50 min manata yaxın məbləğ təklif edilsə, fikrini dəyişə biləcəyini deyir.

 

Akif Bəkirov yağmurlu havalarda avtomobili həyətdən çölə çıxarmır. Bəzi retro avtomobil sahibləri maşına müasir detallar qoyub yüksəltməyə çalışsa da, Akif Bəkirov bunu qəbul etmədiyini söyləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh