Şəkidə 18-ci əsrə aid "əl çantası" - Mücrüdə 10 kq-a yaxın qızıl gəzdirilib - VİDEO

Avtosfer TV 27 Yanvar 2019 23:23 Oxunub 1643
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkidəki bu mücrünü hamam seyfi də adlandırırdılar

Şəkidə 18-ci əsrdə xanımların istifadə etdiyi çantaların nümunələri bu gün də qalmaqdadır. Misdən hazırlanan çantaların ağırlığı 4 kiloqrama yaxın olub. Üstəlik, xanımlar bu mücrülərdə 10 kq-a yaxın zinət əşyalarını gəzdiriblər.

 

Avtosfer.az-ın məlumatına görə, əsasən misdən hazırlanan zinət çantalarının cəkisi 4-kq yaxındır.

 

O dövrdə yüksək təbəqəyə məxsus bir xanımın 8 kq-a yaxın zinət əşyaları olub. Bunlara alınbənd, sinəbənd, boyunbağı, kəmər, bazubənd və digər aksesuarlar aid idi.

 

Şəkidəki bu mücrünü hamam seyfi də adlandırırdılar.

 

Bu tarixi eksponatlar müasir əl çantalarının ilk nümunələri sayılır.

 

Yüksək təbəqənin xanımlarına aid olan bu mücrülərin üzərində qəzəl janrının görkəmli nümayəndələrindən biri sayılan Sədi Şirazinin hamam şeiri də nəşq olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh